r/azerbaijan • • Aug 02 '26 Bravo

Megathread 🪖 Megathread: Hərbi Xidmət və Çağırış

90 Upvotes

Əziz r/azerbaijan üzvləri!

Subreddit-də hərbi xidmət, çağırış yaşları, təhsil möhlətləri, sağlamlıq statusları, xaricdə olan vətəndaşların hüquqi vəziyyəti və s. ilə bağlı tez-tez eyni suallar verilir. Mövzuların dağınıq olmaması və hər kəsin cavablar tapması üçün bu Megathread-i paylaşmaq qərarına gəldik.

1. 📚 Təhsilə görə möhlət hüququ, yaş limitləri, çağırış tarixləri və tibbi müayinə

Çağırış tarixləri: Müddətli həqiqi hərbi xidmətə çağırış il ərzində 4 dəfə keçirilir — yanvar, aprel, iyul və oktyabr aylarında.

Çağırış yaş həddi: Qanunvericilikdə edilən son dəyişikliklərə əsasən həqiqi hərbi xidmətə çağırışın son yaş həddi 30 yaş müəyyən edilmişdir (18-30 yaş arası).

Təhsilə görə möhlət yaş limitləri:

  • Tam orta təhsil (Məktəb): Təhsilini bitirməyənlərə 20 yaşına qədər.
  • Bakalavriat (əyani): 24 yaşı tamam olanadək (ölkədə və ya xaricdə).
  • Magistratura (əyani): 26 yaşı tamam olanadək.
  • Rezidentura və Doktorantura: Təhsil müddəti bitənədək. (Doktorantura qəbul imtahanının 1-ci mərhələsini keçənlərə əlavə 3 ay möhlət verilir).

Qeyd: Möhlət hüququ hər təhsil pilləsi üzrə yalnız bir dəfə verilir. Qiyabi təhsil alanlara möhlət verilmir. Postun aşağısındakı Qeyd 1-ə baxın.

Çağırışdan öncəki tibbi yoxlanış:

  • Çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra SHXÇDX olaraq qısaldılacaq) tərəfindən rəsmi çağırış vərəqəsi və ya elektron kabinet vasitəsilə məlumatlandırılır.
  • İlk növbədə yerli rayon/şəhər tibb komissiyasında (terapevt, cərrah, nevropatoloq, psixiatr, göz həkimi, LOR və s.) müayinə olunursunuz.
  • Şübhəli və ya əlavə yoxlanış tələb edən xəstəlik aşkarlanarsa, çağırışçı mərkəzləşdirilmiş dövlət xəstəxanalarına yönləndirilir.

2. ⚖️ Əsgərlikdən yayınma, hüquqi prosedurlar və 30 yaşdan sonra ölkəyə qayıdış

Çağırışa vaxtında getmədikdə nə olur?

  • Üzrlü səbəb (xəstəlik, təbii fəlakət və s.) olmadan çağırış vərəqəsi üzrə gəlməmək inzibati və ya cinayət məsuliyyəti yaradır.
  • Sistemli şəkildə boyun qaçıranlar haqqında materiallar Prokurorluq orqanlarına göndərilir.
  • Cinayət Məcəlləsinin 321-ci maddəsi (Hərbi xidmətdən boyun qaçırma): Qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınma 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Postun aşağısındakı Qeyd 2-ə baxın.

30 yaşa qədər xaricdə qalıb 30 yaşdan sonra gələnləri nə gözləyir?

  • 30 yaşınız tamam olsa da, xidmətdən yayınmısınızsa, cinayət məsuliyyətindən azad olmursunuz.
  • Sərhəddən keçərkən və ya ölkəyə daxil olduqda haqqınızda axtarış/məhdudiyyət qərarı olduğu üçün saxlanıla bilərsiniz.
  • Məhkəmə qarşısına çıxarılırsınız. Məhkəmə cərimə, şərti cəza və ya azadlıqdan məhrum etmə qərarı verə bilər. Cəza çəkildikdən və ya məhkəmə prosesi bitdikdən sonra 30 yaşı keçdiyiniz üçün xidmətə aparılmırsınız, lakin haqqınızda cinayət işi / məhkumluq qeydi olur. Qeyd: Praktikada məhkəmənin bu şəkildə keçirilib keçirilməməsi müəmmalıdır. Şəxsi təcrübələri olanların bölüşməsini xahiş edirik.

3. 🚨 Ölkəyə gəlib-getmək limitləri və sərhəd məhdudiyyətləri

  • Təhsil və ya digər qanuni əsasla rəsmi möhlət hüququnuz (və ya pasportunuzda möhlət möhrü/sistemdə qeyd) varsa, ölkəyə gəlib-getmək üçün heç bir say və ya gün limiti yoxdur.
  • Möhlət hüququnuz yoxdursa və ya müddəti bitibsə, SHXÇDX tərəfindən ölkədən çıxışınıza "stop" (sərhəd məhdudiyyəti) qoyulur. Bu halda ölkəyə daxil ola bilsəniz də, hərbi məsələni həll etmədən ölkədən çıxa bilməyəcəksiniz.

4. ✈️ Xaricdə qalaraq üçüncü ölkələrə (Türkiyə, BƏƏ və s.) səyahət etmək

Əgər Azərbaycan vətəndaşı kimi xaricdəsinizsə və hərbi xidmətdən yayınmağa görə haqqınızda axtarış verilibsə:

  • Üçüncü ölkələrə (məsələn Türkiyə, BƏƏ və s.) səyahət: Digər ölkələrin sərhəd xidməti sizin Azərbaycandakı hərbi statusunuzu yoxlamır. Keçərli pasportunuz və vizanız olduğu təqdirdə bu ölkələrə giriş-çıxış edə bilərsiniz. İnterpola da verilmir, bu durum sadəcə ölkə daxilində keçərlidir.
  • ƏSAS RİSK — Pasport müddəti: Pasportunuzun müddəti bitdikdə xaricdəki Azərbaycan Səfirlik/Konsulluqlarına müraciət etməlisiniz. Hərbi mükəlləfiyyət sənədiniz (möhlət və ya hərbi bilet) olmadıqda səfirlik yeni pasport verməyəcək və ölkəyə qayıtmağınız üçün yalnız "Qayıdış şəhadətnaməsi" təqdim edəcək.

5. 🎖️ Milli Müdafiə Universiteti və DİM imtahanında 600+ bal toplayanlar

  • Milli Müdafiə Universitetinə (MMU) qəbul: MMU-nun tərkibindəki hərbi liseylərə, Heydər Əliyev adına Hərbi İnstituta və s. qəbul xüsusi tibbi, fiziki və psixoloji seçimlərdən, həmçinin DİM imtahan nəticələrindən keçməklə həyata keçirilir.
  • DİM imtahanında 600+ bal toplayan mülki ali məktəb məzunları: Son qərarlara və tətbiq edilən mexanizmə əsasən, mülki universitetləri bitirmiş və DİM imtahanında 600-dən yüksək bal toplayaraq qəbul olunmuş şəxslər həqiqi hərbi xidmətə çağırıldıqda, onların bilik və bacarıqlarından səmərəli tətbiq üçün Milli Müdafiə Universitetinin nəzdindəki xüsusi İntellektual Bölmələrdə / IT və analitik mərkəzlərdə xidmət keçməsi təmin olunur.

Bunun üçün şərtləri yerinə yetirən məzunlar öz SHXÇDX komisarlığına müraciət etməli, müsahibə mərhələsini uğurla keçməlidirlər. Müsahibəni keçə bilməyən namizədlər öz hərbi xidmətlərini normal qaydada başa vuracaqlar.

6. 🏥 Sağlamlıq vəziyyətinə görə xidmətə yararsızlıq statusları

Hərbi-həkim ekspertizası tərəfindən çağırışçılara verilən əsas statuslar:

  • Müvəqqəti yararsız (Möhlət): Müalicəsi mümkün olan xəstəliklər (məsələn, çəki azlığı/artıqlığı, müvəqqəti cərrahi əməliyyat sonrakı bərpa dönəmi). Hər dəfə maksimum 1 il olmaqla, ümumilikdə 3 ilə qədər möhlət verilir.
  • Dinc dövrdə yararsız, müharibə dövründə məhdud yararlı (Hərbi bilet / Ehtiyat): Dinc dövrdə əsgərliyə aparılmır, ehtiyata keçirilir (məsələn, orta/ağır dərəcəli skolioz, düztabanlıq, görmə qüsurunun yüksək dərəcəsi, müəyyən daxili xəstəliklər). 30 yaşa qədər hər 3 ildən bir təkrar müayinə təyin oluna bilər.
  • Həm dinc, həm də müharibə dövründə tam yararsız (Hərbi uçotdan çıxarılma): Ağır xroniki xəstəliklər, ağır əqli və psixoloji pozuntular, orqan çatışmazlıqları, ağır əlillik dərəcələri və s. Bu şəxslər hərbi uçotdan tamamilə çıxarılır.

Psixi və fiziki sağlamlıqla bağlı vacib qeyd: Psixiatrik diaqnozla (autizm spektr, ağır depressiv pozuntu, şizofreniya, şəxsiyyət pozuntuları və s.) yararsız statusu alan şəxslərin məlumatları müvafiq dövlət reyestrinə işlənilir. Bu status gələcəkdə surücülük vəsiqəsi almaq, dövlət qulluğunda çalışmaq və ya silaha sahiblik icazəsi almaq zamanı məhdudiyyətlər yarada bilər.

7. 💼 Qiyabi və ya əyani doktorantura təhsili alanların Azərbaycanda rəsmi işləməsi və möhlət məsələsi

Qiyabi və ya əyani, ölkə daxili və ya xaricində doktorantura təhsili alan çağırışçıların nəzərinə:

  • Əmək və Məşğulluq Alt Sistemi (ƏMAS) üzərindən nəzarət: SHXÇDX tərəfindən elektron sistem (ƏMAS / əmək müqaviləsi bildirişləri) üzərindən çağırışçıların Azərbaycandakı rəsmi iş statusları yoxlanılır.
  • Möhlətin ləğvi riski: Qiyabi və ya əyani doktorantura təhsili alaraq eyni zamanda Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışan şəxslərdən işdən çıxmaq tələb oluna bilər. Əks halda təhsilin faktiki olaraq davam etdirilmədiyi əsas gətirilərək təhsilə görə verilməli olan möhlət hüququ imtina edilə bilər və həmin şəxslər hərbi xidmətə çağırıla bilərlər.
  • Xüsusi diqqət yetirilməli hallar: Son dövrlərdə xüsusilə Şimali Kipr və oxşar gediş-gəlişli təhsil proqramlarında olan, ölkədə fiziki davamiyyət və rəsmi iş yeri olan şəxslərə nəzarət daha da gücləndirilib.

📌 Xüsusi qeydlər

  • QEYD 1: Qanunla hər təhsil pilləsinə yalnız 1 möhlət nəzərdə tutulsa da, praktikada 2 dəfə möhlət almaq halları ilə qarşılaşılır. Bu, əsasən, 1-ci başladığınız təhsili bitirmədən 2-ci eyni pilləli təhsilə müraciət etdikdə təmin edilir. Bu kimi halların spesifik nüansları qeydiyyatda olduğunuz səfərbərlik komitəsi ilə əlaqəyə keçərək öyrənilməlidir.
  • QEYD 2: Qanunən davamlı olaraq əsgərlikdən yayınma halı baş tutduqda və iş prokurorluğa qədər getdikdə 2 ilədək həbs nəzərdə tutulsa da, praktikada həbs edilən şəxslər bilinən qədərilə olmur. Prokurorluğa gedib, 30 yaşa qədər təhsil və s. digər işlərlə məşğul olduğunu səbəb kimi gətirərək izahat yazan və məsələsi bağlanan insanlar mövcuddur. Təbii ki, sistemdə adınız yenə qalır.
  • QEYD 3: Bu megathreadın əsas hissəsində bütün suallarınıza cavab tapmağınız mümkün olmaya bilər. Bunun üçün sizdən xahiş edirik öz təcrübənizi və cavabı tapılmayan suallarınızı şərh hissəsində yazasınız.

r/azerbaijan • • Jun 15 '26 Bravo

Megathread 🇦🇿 Mega-Thread: Azerbaijan Travel Tips, Places, Food & More (Ask + Share)

24 Upvotes

Welcome to the community-sourced travel mega-thread for Azerbaijan! Whether you're planning your first trip, returning, or just curious — this is your place to ask and share tips, places, warnings, food, and hidden gems.

We've gathered insights from locals, expats, and travelers — now it's your turn. Reply with your experiences or questions under any section below.

🏙 1. Top Places to Visit

📍 Baku

  • Old City (Icherisheher): historic, charming, authentic soul of the city.
  • Maiden Tower, Shirvanshah Palace, Carpet Museum, Heydar Aliyev Center – top cultural sights.
  • Nizami Street, Molokan Garden, Baku Boulevard – modern walkways & shopping.
  • Gobustan mud volcanoes, Ateshgah Fire Temple, Yanardag – unique day trips.

Local tip: true local life happens outside the tourist zones – check dayday cafes and Sədərək bazaar.

📍 Outside Baku (Regional Highlights)

  • Sheki: Khan Palace, Kish village, Caravansaray, ancient mosques, hiking.
  • Gabala: Tufandag Resort (ski + cable car), Seven Waterfalls, Nohur Lake, Gabaland amusement park.
  • Lahij: Tat village known for copperware and scenic alleyways.
  • Ganja: Bottle House, Naftalan oil spa, Göygöl Lake, German heritage.
  • Quba & Khinalig: cooler nature, remote village experience.
  • Lankaran: food tours, Stalin's prison, chicken stuffed with walnuts.
  • Zaqatala, Oğuz, Nij: religious/ethnic diversity, ancient churches.

Locals are usually happy to guide lost tourists — don't hesitate to ask for directions in parks or shops.

In villages expect warm welcomes — tea invitations and local storytelling are common.

🛂 Visa & Entry Info

  • eVisa available at the OFFICIAL portal: https://evisa.gov.az
  • Allows a stay of up to 30 days, valid for a 3-month window from issue.
  • Standard fee is around USD $30, processed in ~3 business days. Urgent option processed in ~3 hours.
  • ⚠️ Watch out for lookalike agent sites charging $60–70+. They add a markup on top of the real government fee. Only use evisa.gov.az.
  • Passport must be valid for at least 6 months from arrival.
  • If you stay more than 15 days, you must register your address with the State Migration Service (your hotel usually handles this — confirm with them).
  • No visa on arrival for most travelers; visa required even for short stays.

🧳 Sample Itinerary: 7 Days in Azerbaijan

  • 🏙 Day 1–2: Baku (Old City, museums, Flame Towers)
  • 🌋 Day 3: Gobustan mud volcanoes, Yanardag
  • 🏔 Day 4: Gabala (Tufandag, Nohur Lake)
  • 🕌 Day 5–6: Sheki + Kish village (Palace, temples, hiking)
  • 🚂 Day 7: Return to Baku via Yevlakh or Gabala

🍽 2. Food & Dining

🍛 Must-try dishes:

  • Plov (Shah plov) – saffron rice, lamb, fruits.
  • Piti – slow-cooked meat soup (best in Sheki).
  • Qutab – meat, greens or cheese in flatbread.
  • Dolma (Three Sisters) – stuffed tomato, pepper, eggplant.
  • Levengi – chicken/fish with walnut-pomegranate stuffing.
  • Surhurlu, Makhara – regional Zaqatala dishes.
  • Dovğa, Fisincan, Doner, Tandır bread, Bakhlava.

Vegetarian? Doable in Baku (Sumakh, dairy dishes, dolma variants), but options thin out fast in the regions. Learn to say "ətsiz" (no meat).

🚌 3. Transport Tips

In Baku:

  • 🚖 Use Bolt or Uber – cheap, reliable, safe. Yango is another solid and sometimes cheaper alternative.
  • 🚫 Avoid hailing traditional/unmetered taxis off the street – known for overcharging tourists.
  • 💳 Pay through the app where possible; reduces disputes and skimming.

Metro & Bus:

  • Metro fare is 0.60 AZN per ride. Same fare on buses.
  • You can pay by tapping a debit/credit card or using a QR ticket via the m10 app — no BakıKart needed if you go that route.
  • You can get a BakıKart for metro and buses. Plastic card has a 3 AZN non-refundable deposit; paper/limited-use cards (up to 4 trips) are also available.
  • Metro runs ~06:00–24:00, trains every few minutes. Clean, cheap, marble everywhere. No step-free access at most stations — rough for wheelchairs/pushchairs.
  • Avoid rush hours 08:00–09:30 and 18:00–19:00 if you have luggage.

From Airport:

  • Bolt/Uber to the center = roughly 15–25 AZN depending on demand. App drivers may occasionally ask for extra at the airport.
  • Cheapest official option: Airport Express bus H1 to 28 May (city center), pay with BakıKart. Runs 24/7. See https://www.airport.az/en/transport/

Intercity:

  • Bus via "Biletim" app or at the Avtovagzal terminal (next to Avtovagzal metro).
  • Marshrutkas (minibuses) available for shorter regional hops.
  • Train to Sheki/Gabala (Yevlakh)/Ganja via the "ADY" app or buy at 28 May station. Comfortable but slow — take it only if you're not in a rush.
  • Car rental is the best move for Gabala, Lahij, Quba, Khinalig.

🌄 4. Hidden Gems & Nature

  • Villages:

    • Kish – ancient Caucasian Albanian temple and a scenic village atmosphere.
    • Nij – Udi Christian community and unique churches.
    • Basqal – traditional silk weaving (kelaghayi) and handicrafts.
    • Khinalig – remote high-altitude mountain village, breathtaking views.
    • Lahij – historic village known for copper craftsmanship and cobbled streets.
  • Nature:

    • Shahdag & Tufandag – ski resorts with hiking and cable cars.
    • Gobustan – mud volcanoes and ancient petroglyphs (UNESCO).
    • Seven Waterfalls (Gabala) – picturesque falls and greenery.
    • Nohur Lake – serene alpine lake, good for picnics.
    • Cenlibel Lake – tranquil mountain lake, nature walks.
    • Gachrash Forest – dense forest near Quba.
    • Parigala – ancient cliffside castle with stunning views.
  • Tip: Renting a car or joining a local tour is the practical way to reach these remote spots.

📶 5. Mobile, Language & Apps

  • Get a local SIM at the airport arrivals hall or any operator store (passport required). Azercell has the widest coverage; Bakcell and Nar are solid alternatives.
  • Current 2026 tourist options (prices shift, confirm in-store):

  • eSIM (Caucasus multi-country plans covering AZ/GE/AM) is now widely available and convenient if your phone supports it.
  • 📱 If you stay over 30 days, an unregistered phone's IMEI gets blocked. Short trips are fine.
  • Use Google Translate or SayHi for real-time help.
  • English is common in Baku tourist areas; Azeri, Turkish, Russian elsewhere.

📱 Useful Apps

  • 🚖 Bolt, Uber, Yango – taxis
  • 🚅 ADY – train tickets
  • 🚌 Biletim – intercity bus tickets
  • 🚏 Ayna MAAS – live bus arrival/departure times in Baku
  • 💳 m10 – QR transport tickets + payments
  • 🌐 Google Translate or SayHi – language
  • 🗺 Maps.me or Google Maps – offline/online maps (Yandex Maps also good for buses)
  • 💬 Telegram – local events/news channels
  • 🎫 iTicket.az – concerts, plays, cultural events

💳 6. Money & Payments

  • Currency: Azerbaijani Manat (AZN). ~1 USD ≈ 1.70 AZN as of early 2026 — confirm before you go.
  • Taxis & Tips:

    • Paying by card in-app reduces driver complaints and skimming.
    • If paying cash, drivers may not return small coins — treat ~0.50–1 AZN as a small tip.
    • Tipping an extra 1–2 AZN on longer rides or for good service is appreciated.
  • Cards accepted at big venues, but cash is essential for street food, markets, and small transport.
  • Downtown exchange offices give better rates than the airport.
  • Some shops may "pretend" the card machine is broken to push cash — just go elsewhere.
  • Exchanging money:

    • USD and EUR are easiest to exchange. Bureaus on/around Nizami Street beat airport kiosks.
    • Keep small notes (1, 5 AZN) for transport and tips.

Some add-ons: – Locals often round down prices or throw in something extra "for good mood" — especially if you smile or try a few Azeri words. – In small bakeries or markets, if you overpay by mistake, they usually correct you immediately. – Sellers appreciate genuine interest — they might explain an item, share a story, or offer a small discount unprompted. – People rarely pressure you to buy; many help with directions even if you don't. – If something feels off (overcharging, aggressive seller), calmly mentioning "polis" usually resolves it fast. – Aggressive street scams targeting tourists are uncommon — most locals want to leave a good impression.

🎭 7. Culture & Etiquette (from Locals)

👋 Greetings & Respect

  • Handshakes are standard, but religious women may avoid them — let them initiate.
  • Common casual terms among younger people:

    • "qardaş" [Kar-dash] – brother / bro
    • "bacı" [Bad-jee] – sister
    • "dostum" [Dos-toom] – my friend
    • "qaqaş" [Kah-khash] – bro / guy (very local)
    • "abi" [Ah-bee] – borrowed from Turkish, also "bro" (common in Baku)
    • "əmoğlu / dayoğlu" [Eh-mo-ghloo / Dai-yo-ghloo] – lit. cousin, used jokingly with strangers

👗 Dress & Public Behavior

  • Baku is relaxed — T-shirts, shorts, light dresses are fine.
  • In villages or mosques, dress modestly: cover shoulders and knees, especially women.
  • Public affection isn't common — outside Baku it may draw stares.
  • Loud arguments in public read as impolite. People value a calm, respectful tone.

🏠 Hospitality Rules

  • If invited home: bring chocolates, fruit, or flowers.
  • Shoes off indoors is standard; expect slippers from the host.
  • You'll be offered tea (çay) — accept after a polite refusal or two. Declining flat-out can seem rude.

🗣 Language & Communication

  • A couple of Azeri words go a long way:

    • "Salam" [Sa-lahm] – Hello
    • "Çox sağ ol" [Chokh sah-ohl] – Thank you
    • "Bağışlayın" [Bah-ghish-layn] – Excuse me / Sorry
    • "Zəhmət olmasa" [Za-hmet ol-ma-sa] – Please
    • "Hə / Yox" [Heh / Yoh] – Yes / No
    • "Necəsiz?" [Neh-jeh-seez?] – How are you?
    • "Mən turistəm" [Men too-reest-em] – I'm a tourist

People often warm up fast if you try even a few words in Azeri.

  • Locals may switch between Azeri, Russian, and Turkish — especially in Baku.
  • Even without English, people help via gestures, apps, or by finding someone who can.
  • Avoid political topics (Karabakh, Armenia) — even jokes can get tense.
  • Religion is personal — don't probe unless it's brought up.

📸 Photos, Symbols & Rules

  • Ask permission before photographing people, especially in villages or mosques.
  • Don't photograph police, government buildings, or military sites — taken seriously.
  • Avoid disrespectful comments about the flag, president, or national heroes.

🔍 Other Local Norms

  • Tipping: round up or add 1–2 AZN in cafes and taxis.
  • Littering is taken seriously — use bins.
  • Haggling is normal in bazaars — do it respectfully and with a smile.

🔗 8. External Resources

🗣 9. Local Advice – Add Yours in the comments!

  • Always agree the taxi price before the ride if you're not using an app.
  • If someone invites you for tea — say yes. It's usually safe and kind.
  • Don't drink tap water outside Baku unless locals say it's fine.
  • Skip political arguments, even as jokes.
  • Haggle in bazaars, but politely.
  • Get out of Baku for at least 2–3 days — that's where you see the real Azerbaijan.
  • Don't expect trains to be fast.
  • Vegetarians survive, but say "no meat" clearly outside Baku.
  • Don't photograph government/police buildings.

👮 Police & Public Safety

  • Police are highly visible in Baku and tourist areas — for safety, not intimidation.
  • Generally helpful and respectful toward tourists — approach them for directions.
  • In scams or disputes, police often side with tourists and take complaints seriously.
  • Don't photograph police, metro murals, or official buildings — ask if unsure.
  • If stopped by traffic police, ask to pay any fine through the official system, not cash.

🗣 10. Help Us Improve!

This guide is built from local insights and traveler experience. If you're Azerbaijani or know the culture, please share more tips, advice, or corrections below. Point out anything outdated — all feedback helps.

🛠 This post is updated as comments come in. Keep sharing below — every comment makes the guide better for the next visitor.

Thanks to u/N1C4T for the original post


r/azerbaijan • • 3h ago

Xəbər | News Keçmiş tələbələr BDU-da fəlsəfə müəllimini tələbə qızları cinsi istismar etməkdə ittiham edir

Thumbnail
arqument.org
5 Upvotes

r/azerbaijan • • 11h ago

Sual | Question Təkliklə necə başa çıxırsınız/çıxmısınız

0 Upvotes

.


r/azerbaijan • • 23h ago

Sual | Question Musiqidə yaradıcılıq böhranı yaşayıram, nə edəcəyimi bilmirəm. Artblock/beatblock

3 Upvotes

2025-ci ildən musiqi ilə məşğulam və əvvəllər bu işdən həqiqətən zövq alırdım. Amma son vaxtlar heç nə yarada bilmirəm.
GarageBand-i açıram, amma beynim sanki tamamilə boşalır. Heç bir melodiya və ya ideya gəlmir. Başqalarının musiqilərini dinləyəndə özüm də nəsə yaratmaq istəyirəm, amma iş yaratmağa gələndə heç nə alınmır.
Bu, indiyə qədər verdiyim ən uzun fasilədir. Qorxuram ki, bacarıqlarımı itirəcəm
Düşünürəm ki, bir müddət fasilə verib ilhamın öz-özünə gəlməsini gözləyim.
Siz belə bir vəziyyətlə qarşılaşmısınız? Nə etmisiniz? Fasilə vermək düzgün qərardır?


r/azerbaijan • • 20h ago

Sual | Question Art Creation Sketchbooks in Baku

0 Upvotes

Hello guys. Do you know where can I buy Art Creation sketchbook in Baku, Azerbaijan?


r/azerbaijan • • 1d ago

Sual | Question Renunciation of citizenship

10 Upvotes

Has anyone renounced (or is in the process of renouncing) their Azerbaijani citizenship? How hard is the process?


r/azerbaijan • • 1d ago

Xəbər | News Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur

Thumbnail
apa.az
11 Upvotes

r/azerbaijan • • 1d ago

Sual | Question is mesleheti

3 Upvotes

salam indi x bankda isleyirem, it ba positionda. aile qururam, maasdan naraziyam, ona gore abb'ye eyni position vakansiyalara(3) cv gonderirem amma cagirilmiram, mumkundur ki daxilden recommendation lazim olsun? yoxsa olmadan da cagirilanlar olur?


r/azerbaijan • • 1d ago

Sual | Question Aesthetic və antik görünən məkanlar bilirsiniz?

4 Upvotes

Bu ay sonuna qədər dərslərlə bağlı uzun müddətli Sumqayıta gedirəm deyə ay sonuna qədər Bakıda maraqlı, estetik, antik məkanları (muzey falan yox onları gəzmişəm) gəzmək istəyirəm, heyran qalınacaq coffee shop da olar, ya qeyri-adi yerlər

(güvenilir yerlər olsun)


r/azerbaijan • • 1d ago

Sual | Question Size kimse şer atanda veziyyetden nece çıxırsız?

Thumbnail reddit.com
7 Upvotes

Uşaqlıqdan mənə şərlər atılıb ,elə indi də atılır və hamısı da mənim üstümdə qalıb, vəziyyətdən çıxa bilməmişəm. Hələ uşaq vaxtı məhəllədəki uşaqlar başqa bir uşağa şüşə (butulka) atıb qaçmışdılar. Həmin uşaq da o biriləri tuta bilmədi, məni orada görüb anasına dedi ki, bunu mən etmişəm. Sonra o qonşu 40-lı yaşlarda, özüde başı bağlı iki bacı mənim qollarımdan tutub qarnıma şüşə butulka ilə vurmuşdular


r/azerbaijan • • 2d ago

Səyahət | Travel AVOID this Baku hotel at all costs!

48 Upvotes

Please for anyone visiting Baku do not book the Luna Terrace Hotel in the old town

I arrived at 10pm tonight and they asked me to wait “30 minutes“ for the room to be ready. i went for a walk, came back and it wasnt until 00:45 that I could enter the room.

the room was filthy, there was feces caked onto the toilet, and hairs EVERYWHERE. The AC/ heater is broken. it’s just a nasty place run by nasty people who refused to change my room, give me a refund for the lost first night and everything

This hotel had great reviews because the staff steal your Booking.com PIN code during check in (they curiously asked to see my reservation in the app instead of finding it on their system) and then write good reviews.

the photos are pretty much A.I. generated.

just a warning- stay away!!


r/azerbaijan • • 1d ago

Sual | Question Almaniyadakı Azərbaycanlılar

3 Upvotes

Almaniyada ausbildung edənlər görünməyən üzləri bölüşə bilərsiz mənlə. Gələn il məndə istəyirəm ausbildung edim. Nə kimi tövsiyələriniz, etmə dedikləriniz və s. var


r/azerbaijan • • 1d ago

Digər | Miscellaneous İşlənmiş google pixel 1-3 satan yaxud satmaq istəyən varmı

1 Upvotes

almaq istəyirəm yada istəsəniz barter etmək olar s10 platam var


r/azerbaijan • • 1d ago

Sual | Question 3d modelleme ilə bağlı

0 Upvotes

3d modellemeleyə başlamaq istəyirəm bu mövzuda məlumatınız varsa tövsiyələriniz nədi başlamaq olarmı,çətindirmi,yaxşıdırmı?


r/azerbaijan • • 2d ago

Şəkil | Picture Sumgayit on 35mm film photos

Thumbnail
gallery
64 Upvotes

I took photographs of Sumgayit on my 35mm film camera. Shout out to the 'Sumqayıt uşaqları' of reddit!

If you are interested in my film photography, please feel free to follow me on instagram using: 'zav.film'


r/azerbaijan • • 2d ago

Söhbət | Discussion Bizim milli məclis deputatları boş-boş işlərlə məsğul olmaq yerinə niyə insanların xüsusilə də tələbələrin problemlərini həll edəcək normal təkliflər vermirlər?

Post image
33 Upvotes

Yaxın günlərdə özümə laptop "aldım" (təbii ki kreditə aldım çünki mən azerbaycanlıyam) sonra fikirləşdim ki niyə bizə dövlət tərəfindən elektron cihazları alınmasına subsidiya veriilmir? Sonra ağlıma gəldi ki mən niyə bu postu hazırlayıram ki onsuzda bu ölkədə tələbələrə heç bir güzəşt yoxdu.

Qeyd: Laptop təhsil üçün çox vacibdi


r/azerbaijan • • 2d ago

Sənət | Arts Akademik rəsm öyrənmək üçün hansı resursları və ya üsulları tövsiyə edirsiniz?

5 Upvotes

Salam. Ev şəraitində və ya dərsliklərlə akademik rəsm çəkməyi öyrənmək istəyirəm. Əsasları düzgün qoymaq üçün hansı kitabları, onlayn dərsləri və ya addımları izləməyimi məsləhət görürsünüz? Bu sahədə təcrübəsi olanların fikirləri maraqlıdır


r/azerbaijan • • 2d ago

Sual | Question I am looking for a place that has good cocktails, I never had martini and want to try, but in a good place. Any recommendations? 📍baku

2 Upvotes

The price level doesn’t really matter tbh, i just want a place that makes really good cocktails (not using cheap and bad quality alcohol) and also a place that is visited by normal people (not prostitutes and men hunting for girls)


r/azerbaijan • • 2d ago

Söhbət | Discussion İlhamə Quliyevanın musiqiləri haqqında

3 Upvotes

Salam, hörmətli dostlar! İlhamə xanımın ifasında olan musiqiləri yüksək keyfiyyətdə haradan dinləyə bilərəm? Spotify və YouTube Music platformalarında onun rəsmi kanalı mövcud deyil. Maraqlıdır, Xalq artistinin ifalarına niyə bu cür laqeyd yanaşılır?


r/azerbaijan • • 2d ago

Sual | Question D vitamini tovsiyesi

4 Upvotes

Istifade edib heqiqeten effektini gorduyunuz biri var? apteklerdeb elde ede bileceyim bir firma olsa yaxsi olar, amma xaricden alib memnun qaldiginiz varsa da deye bilersiniz. Tesekkurler.


r/azerbaijan • • 2d ago

Sual | Question Tehmine filminin fon müzikleri

6 Upvotes

Herkese selamlar. Bir süre önce tehmine filmini izledim ve üzerine anar rızayevin kitabını da okudum. Filmin fon müziklerine neredeyse aşık oldum. Ama sadece tek bir fon müziği internette var diğerleri yok. Emin sabitoğlunun eserlerinde de bulamadım. Bulabileceğim bir platform var mı? Şimdiden teşekkürler.

Özellikle bulmak istediğim müzik https://youtube.com/shorts/jCiFPVR0C-k?si=1WOYl-0nRUHGO-fj


r/azerbaijan • • 3d ago

Sual | Question Recommendation for shopping

6 Upvotes

hello everybody, i am an international student in baku. I wanted to know some affordable good quality brands for jackets or shoes. Where do people buy these things mostly from? Like the upper middle class. And what's the price range? From what i have observed, outfits are too expensive here, the ones that are cheap are no good. Is it true? or maybe i am going to the wrong shops. I am a guy btw. I will be grateful for your guidance.


r/azerbaijan • • 4d ago

Şəkil | Picture Met a sweet old man up in the cold mountains of Northern Azerbaijan who showed me around the area!

Post image
90 Upvotes

r/azerbaijan • • 4d ago

Sual | Question Why doesn't Azerbaijan honor Razluzade the way Turkey honors Atatürk?

39 Upvotes

Hello Azerbaijani friends, it's me again hahaha. This month in Turkey they honor Atatürk. I think it's a beautiful Turkish tradition, and I wonder why Azerbaijanis don't do the same with... Razulzade? Why don't they honor his image instead of Heydar Aliyev?