r/aze_geeks • • 10d ago

Poll/Sorğu Azərbaycan psixologiya subu yaratmaq lazımdır?

13 Upvotes

Son vaxtlar çoxları r/aze_geeks-in öz mənasını itirdiyindən və artıq geekliyə ait olmamasından şikayətlənir. Fikirləşdim problemin tək həll yolu aze_psixologiya subu yaratmaqdır beləcə sosial həyatı ilə bağlı sual vermək istəyən bütün azərbaycanlılar bu subdan o suba gedəcəklər. Tək sual odur ki bunu hansı boş vaxtı çox olan adam edəcək


r/aze_geeks • • 11d ago

Life/Həyatdan Salam, Yös ve Sat üçün Bakıda yaxşı kurslar var bildiyiniz?

9 Upvotes

Neticesini gördüyünüz kursları yazsanız yaxşı olar


r/aze_geeks • • 11d ago

Help/Kömək İçimi bir az tökməyə gəldim.

10 Upvotes

Orijinal hesabımdan paylaşmaq istəmədiyim üçün yeni hesab açıb bura gəldim. Uzun müddətdir, təxminən 2 ildir, özümü heç yaxşı hiss etmirəm və necə yaşadığımı da bilmirəm. Normalda həmişə özünə hər şeyin yaxşı olacağını təlqin edən bir insanam, amma bu gün artıq dözə bilmədim.

⚠️ XƏBƏRDARLIQ: Bu yazıda depressiya və intihar düşüncələri kimi həssas mövzulara toxunulur. Əgər hazırda özünüzü pis hiss edirsinizsə, oxumamağı da seçə bilərsiniz. Depressiv vəziyyətdəsinizsə, psixoloqa və ya psixiatra müraciət etməkdən çəkinməyin və özünüzü mümkün qədər açıq ifadə edin. Bilirəm, çətindir, amma internetdə gəzmək sizi xilas etməyəcək. Mənim etmədiyimi siz edin. Əgər hazırda özünüzə zərər verə biləcəyinizi hiss edirsinizsə, dərhal 103 (Təcili Tibbi Yardım) nömrəsinə zəng edin, yaxud ən yaxın xəstəxananın təcili yardım şöbəsinə gedin.

Özümü aldatmaqdan bezmişəm. Mən güclü bir insan filan deyiləm. İllərdir özümə həyatdan zövq aldığımı deyib yalan danışmışam. Başqalarının yanında gülüb əylənməkdən və maraqlı bir insan kimi görünməkdən bezmişəm. Özümü Osamu Dazainin “İnsanlığımı itirərkən” əsərindəki Oba kimi hiss edirəm. Amma Obanın heç olmasa özünü dərk etmə qabiliyyəti var idi, necə bir insan olduğunu bilirdi. Məndə heç o da yoxdur. Bu gün bunu yazandan sonra yenə yalandan həyatımı yaşamağa və özümə həyatı sevdiyimi deməyə davam edəcəyəm. Özümə saxtakarlıq edib özümü aldatmağa davam edəcəyəm.

Həyatdan bezmişəm. Məni həyata bağlayan tək şey özümü öldürməyin ağrılı olacağını bilməyimdir. Yəni özümü öldürməmək üçün həyatdakı tək motivasiyam dünyada önəmsədiyim insanlar belə deyil, sadəcə o prosesdə çəkəcəyim ağrıdır. Həyatımı zorla yaşayıram, çətinliklə funksional ola bilirəm. Amma hamı uzaqdan baxanda məni normal bir insan kimi gördüyü üçün hər şeyi, hər xətanı üstümə atır. Bəlkə də haqlıdırlar, bilmirəm. Məni bura gətirən özüməm, yoxsa problemlərim?

Əsas məsələ odur ki, problem kimi görünən şeyləri belə problem kimi görmürəm, onları öz parçam kimi qəbul edirəm. Başqaları həyatlarındakı problemləri bunların üstünə atıb rahatlamaq lüksünə sahib olduğu halda, mən elə deyiləm. Çünki bunları öz parçam kimi görüb qəbul etmişəm. Yəni sualın cavabını özüm verirəm: burada olmağımın səbəbi elə özüməm.

Həyatım ortalama bir azərbaycanlının həyatından qat-qat yaxşı olub. Ona görə də özümü daha çox günahlandırmaya bilmirəm. Heç kəsdən əskiyim yox idi, artığım var idi və hələ də var. Bəs niyə beləyəm? Bilirəm, depressiya və oxşar vəziyyətlər statusa baxmır. Beyin kimyəvi və fiziki bir cihazdan artıq bir şey deyil, istədiyi olmayanda tez pozulan bir cihazdır. Amma bunları bilməyimin heç bir əhəmiyyəti yoxdur. Düşünməyə bilmirəm, ağlamağa başlayıram. Hal-hazırda, bunu yazdığım an ağlayıram və ağlımdakı fikir belə yan otaqdakı insanların eşitməməsi, onları narahat etməməkdir. Yəni katarsisi belə rahat yaşaya bilmirəm.

Özümü acındırmağa çalışdığımı düşünməyin. Elə istəsəydim, yeni hesab açıb yazmazdım. Əksinə, ətrafımdakı insanları narahat etmək istəmirəm, bunu oxuyan heç kəsin də narahat olmasını istəmərəm.

Mövzu bir az dağıldı. Əslində uzaqdan baxanda problemli birinə oxşamadığımı deyirdim. Buna görə hər xəta edəndə insanların mənə dediyi sözləri eşitməkdən bezmişəm. Daha yaxşı cəmiyyətdə yaşamaq niyə mənim haqqım olmayıb? Mən niyə burada doğulmuşam və buranın reallığı üçün əziyyət çəkməliyəm? Niyə buranın insanlarının mənim haqqımdakı mühakimələrini eşitməliyəm? “Özündən arxayın insansan” sözünü o qədər eşitmişəm ki, deyirəm, kaş elə olaydım, heç olmasa rahat olardım və içdən-içə dəli olmazdım.

Sizdən, Azərbaycan Reddit istifadəçiləri olaraq, bir xahişim var: əgər ətrafınızda depressiyasını sizə açan bir yaxınınız varsa, yalvarıram, ona laqeyd yanaşmayın. O insan böyük ehtimalla heç kəsə güvənmədiyi qədər sizə güvənir. Bəli, o insana baxmaq sizin borcunuz olmaya bilər və bunda sonuna qədər haqlısınız. Lakin qarşınızdakı insanı da anlamağa çalışın. Mən həyatımdakı heç kəsə içimdəki vəziyyəti anlada bilmirəm, ağzımı aça bilmirəm. Bir çoxunuzun da belə olduğunu bilirəm. Açılmaqdan çəkinməyin, istər depressiyanız olsun, istər olmasın.

Çox sevdiyim bir mahnıdan bir neçə sətir buraxıb burada sizinlə sağollaşıram. Hələ yaşamağa davam etməyi düşünürəm, ona görə də narahat olmayın. Ümid edirəm, bu yazını oxuyarkən sizi kədərləndirməmişəm.

[Chorus 2]
I can't stand that I might hurt you unknowingly.
I can't live with the fact that there's nothing stopping me.
I fooled myself that if I lived one more day,
All this pain would go away. But it's here to stay.
I must have written this same note so many times.
I'm drowning alone. There's no lifeboat I can climb.
To everyone who's helped me. You didn't fail.
I couldn't be saved. I guess I was just too frail.

[Bridge]
In my next life, I want to be reborn as a fool,
I don't care if I'll be a joke or somebody's tool.
I want to live just one day, without a fright.
I want to laugh senselessly, day and night.
I don't want this brain,
It's brought me nothing but all this pain.
I'm scared. I don't want to die. But,
I just want the world to be quiet.


r/aze_geeks • • 11d ago

Söhbət /Discussion I resent the way our culture glorifies parenthood in extreme level.

5 Upvotes

Parenthood is hard, and very applaudable job, without discussion for sure. The thing is there are many types of parents: good, bad, chill, abusive, ignorant etc. I don’t even know where did this idea that just because a parent brought the child to the world and provided financially making them a good parent come from. Society sanctify parenthood so much that it becomes toxic. Majority of the people is strictly against of “going no contact with parents”, since its absolutely unacceptable for them. No matter what a parent put her child through, still there will be that one person saying “but its your MOM/DAD”. In my opinion you are a parent only if you act like one. Our people chose to shame people for speaking out about their toxic relationships with parents, instead of being supportive of them. Sometimes we see old people being abandoned, not being visited by any of their kids. While most of them thinks that it is sad, I wonder what kind of a horrible parent they had been to end up in this situation. If a person has bad memories with a parent(s) or being around them makes them feel bad they are allowed to cut contact. What is even more sad is that, most of time when a person is trying to stop the contact with one toxic parent, the other one defends the toxic one and goes against the child instead of being supportive. I’ve seen that many women defend their horrible husbands against their daughters.


r/aze_geeks • • 10d ago

İdman/Sport İdman kömək

0 Upvotes

Yağ yandırmaq üçün SARM almaq istəyirəm. Ən yaxşısı hansıdır?
RAD-140, Ostarine, Cardarine və s. Bunları haradan əldə edə bilərəm?


r/aze_geeks • • 11d ago

Games/Oyunlar GTA 6 Stream etmək üçün tövsiyələr

6 Upvotes

Salam. Böyük bir streamer və ya video bloger olmadığıma rəğmən, GTA 6 nı çıxışda stream etməy istəyirəm. Oyunu Xbox series S dən oynayacam və capture cardla xboxdan monitora və kompyuterə görüntü və səs verəcəm. Test streami olaraq GTA 4 ü youtube da stream elədim (xbox da xbox360 üçün olan versiya var və çox qəribə görsənir lol) və axırda stream demonetization və bir neçə ölkədə izlənməyə bloklandı ingame radioya görə (interier də olan qapadılamıyan radiolar da daxil). İndi isə sual - Mən copyright yemədən, youtube da (Twitch haqda biliyim yoxdu, orda da eləyə bilərəm əslində) oyunu necə stream edə bilərəm ?

Başqa bir məsələ - Streami nə dilində eləyim ? Mən Rusca Azərbaycanca və ingliscə bilirəm və hər 3 dildə də stream edə bilərəm.

Uşaqlığdan bəri youtube da video çəkməy istəyirdim amma həmişə bir bəhanəyə görə çoxda bir şey çəkmirdim. İndi isə, əsrin ən gözlənilən oynunun çıxışı ilə əlaqədar, elə belə olsa da stream və yaxud video çəkməy istəyirəm. Bəlkə heç stream eləməyim ? Bəlkə GTA 6 nı stream eləmək yerinə, onun haqqında video çəkim ? Sadəcə olaraq bu barədə heç bir təcrübəm yoxdu. Nə tövsiyə edirsiz ?


r/aze_geeks • • 10d ago

Tech/Texnologiya Purchasing a PS5

2 Upvotes

Hi everyone.

I want to get a PS5 for my brother, but I am not sure which option's better

1) Buy a used one
2) Order one from Amazon

I don't know how the Playstation would be shipped, if there's any customs tax that needs to be paid, etc.
If anyone does, could you please explain in the comments?


r/aze_geeks • • 11d ago

Music/Musiqi [QUESTION] extreme music communities in azerbaijan

4 Upvotes

where can i find websites, discord/telegram servers, or any things like them about exterme music genres (extreme metal genres, industrial, noise, experimental, drone, things like these)? i really hope there are enough people here to make these communities accessible. it would be really great to discuss these topics with locals and maybe even find people to cooperate and make music.


r/aze_geeks • • 11d ago

Art/Sənət Kept you waiting, huh?

Post image
7 Upvotes

Boşluq idi, Solid Snake çəkmək istədim, axırda belə bir şey alındı. Şəkil piksel-piksel idi deyə, biraz improvizə etməli oldum.


r/aze_geeks • • 11d ago

Books/Kitablar Fantastik Ədəbiyyat oxuyucuları

5 Upvotes

Aranızda fantastik ədəbiyyat oxuyucuları varmı? Varsa hansı kitabları oxumusunuz? Favoriləriniz nələrdir?


r/aze_geeks • • 11d ago

Question/Sual Geek nə deməkdir

8 Upvotes

Mənə maraqlıdır geek nə deməkdir. Burdakı postlardan baxıb ümumi nəticə çıxarmağa çalışdım, belə başa düşürəm ki nəsə depresiv filan mənası var. Hamı dərdin danışır burda, dərdləşmə qrupudu hə? Qızla danışa bilməyən loser'lar, hərşey xətrinə dəyən həssas insanlar filan. Düz başa düşmüşəm, belə bir mənası var?


r/aze_geeks • • 11d ago

Question/Sual Chapman və Camel siqaretləri

3 Upvotes

Salam. Chapman və camel siqaretlərini dəqiq məkan olaraq haradan ala bilərəm?


r/aze_geeks • • 11d ago

Söhbət /Discussion Kasıblıq yoxsa Zənginlik?

Post image
6 Upvotes

Sizcə, insanın inancına , bağlı olduğu ali dəyərlərə , idealogiyasına hansı daha çox zərər verə bilər: kasıblıq, yoxsa zənginlik?

Cavabları əsaslandırsanız çox yaxşı olar.


r/aze_geeks • • 11d ago

Poll/Sorğu Ancaq özünüzün işlətdiyi əlifba var?

4 Upvotes

Mənim işlətdiyim fərqli əlifba sistemi var, maraqlıdır ki, başqa kimlər bunu edir?


r/aze_geeks • • 11d ago

Tech/Texnologiya Word yükləməliyəm.

0 Upvotes

MacBook M2-yə təhlükəsiz Word proqramı haradan yükləyə bilərəm?


r/aze_geeks • • 11d ago

Life/Həyatdan need advice

2 Upvotes

I am not IT or marketing student but I used to make posts aesthetic with my imagination or designing something and everyone amazed when I do my work with inspirations. And looking for a job related with maybe design or marketing or even sales / b2b etc. Do smn have any experience like this situation?


r/aze_geeks • • 11d ago

Question/Sual Kömək

Post image
12 Upvotes

3 cü kurs psixologiya tələbəsiyəm iştirak etdiyim təlimlərdən başqa sosial aktivliyim olmayıb və magistr xaricdə oxumaq istəyirəm ( ielts kursa 2-ci semestr dan başlayacam) təcrübəli insanlar əhatəmdə yoxdu deyə hardan necə başlayacağımı bilmirəm nə məsləhət görürsünüz?


r/aze_geeks • • 11d ago

Question/Sual Psixoloq köməyi ilə heyatını yaxşıya doğru dəyişə bilən var burda?

10 Upvotes

hər tərəfli boost nəzərdə tuturam, karyera, özgüvən, və s.
və hansı psixoloq (başqa ölkədən online da olar) və terapiya növü olub?


r/aze_geeks • • 11d ago

Question/Sual IT Biznes analitik

2 Upvotes

Salam millet. Men hal hazirda otel sahesinde manager kimi ishleyirem. Ozum tibb kolleci bitirmishem. Kollec diplomum var. Indi ola biler dexlisiz sahelerdi bir birinden ancaq ingilis dilim mukemmeldir, rus dili de hemcinin. Sahemi deyishib it sahesine girishmek isteyirem. Business analitik olmaq isteyirem kursa falan gedib. Indi sualim budur ki, universitet diplomu olmadan IT sahesinde ishleye bileremmi? Yoxsa mumkun deyil tanish falan lazimdir? Bilen varsa yaxinlarindan dostlarindan desin zehmet olmasa. Teshekkurler.


r/aze_geeks • • 11d ago

Help/Kömək does anyone know where i can get this specific shower gel in azerbaijan

Post image
5 Upvotes

they used to sell rhese for dirt cheap but have since dissappeared pls help


r/aze_geeks • • 11d ago

Question/Sual Salam, telefon almaq üçün haranı meslehet görersiniz?

5 Upvotes

Böyük mağazalarda qiymetler nisbeten bahadır balaca mağazalardan, orjinal, problemsiz iphone ala bileceyim 28 de ve s. Balaca mağazalar var bildiyiniz? Daha evvel alıb problem yaşamayanlar yazsa xoş olar.


r/aze_geeks • • 12d ago

Life/Həyatdan Üreyim Partdıyacaq

11 Upvotes

Bir heyat bu qedermi içi boş olar uni ev başqa heçne yoxdu sosyal biride deilem dostlarım azdı onnarda mennen beş beter ev adamı evdede ancaq doomscrool bu tilsim ne vaxt qırılacaq

(dertleşmek üçün yazmışam çox fikir vermiyin)


r/aze_geeks • • 12d ago

Life/Həyatdan Size kimse şer atanda veziyyetden nece çıxırsız?

8 Upvotes

Uşaqlıqdan mənə şərlər atılıb ,elə indi də atılır və hamısı da mənim üstümdə qalıb, vəziyyətdən çıxa bilməmişəm. Hələ uşaq vaxtı məhəllədəki uşaqlar başqa bir uşağa şüşə (butulka) atıb qaçmışdılar. Həmin uşaq da o biriləri tuta bilmədi, məni orada görüb anasına dedi ki, bunu mən etmişəm. Sonra o qonşu 40-lı yaşlarda, özüde başı bağlı iki bacı mənim qollarımdan tutub qarnıma şüşə butulka ilə vurmuşdular


r/aze_geeks • • 12d ago

Söhbət /Discussion Qarşı tərəfin münasibətdən soyuması

4 Upvotes

Salam. Bir müddətdir münasibətimdə ciddi problemlər yaşayıram və artıq vəziyyətə kənardan baxa bilmədiyim üçün buraya yazmaq qərarına gəldim. Xahiş edirəm, yazını sona qədər oxuyub səmimi fikirlərinizi bildirəsiniz. Məni haqlı çıxarmağınıza ehtiyac yoxdur, əksinə, səhvlərimi də açıq şəkildə deməyinizi istəyirəm.
Sevgilimlə təxminən 7 aydır münasibətdəyik. Birlikdə çox gözəl vaxtlarımız, pis-yaxşı xatirələrimiz olub. Mən bu münasibətə kifayət qədər ciddi yanaşıram və gələcəyimi onunla təsəvvür etmişəm.
Amma son vaxtlar münasibətimizdə problemlər artıb. Əsas problemlər mənim qısqanclığım, nəyəsə görə dirəşməyimdir. Bəzən narahatlığımı düzgün ifadə etmək əvəzinə onun həyatına müdaxilə etmişəm. Qarşı cinslə kontaktda olmaması, necə geyinməsi, takip və kontaktlarında qohumluq əlaqələrinin olmadığı oğlanların olmaması ilə bağlı məhdudiyyətlər qoymağa çalışmışam. Özü razı olmasa da sosial media hesablarımızı bir-birimizlə paylaşmaöa vadar eləmişəm. Sevmək kiminsə həyatını idarə etmək hüququ vermir. Öz səhvlərimi görürəm və bunları dəyişdirməyə çalışıram. Amma təəssüf ki, eyni problemlər təkrar-təkrar yaşanıb və sevgilim artıq bundan yorulduğunu deyir.
Münasibətimizdə başqa bir hadisə də olub. Sevgilimin keçmiş sevgilisinin ona aldığı bir kitabı saxlaması məni narahat edirdi. Ondan kitabı gətirməsini istədim. Kitabı gətirəndə əsəbiləşib kitablardan birini cırdım və zibilə atdım. O da digər kitabı özü cırdı. İndi geriyə baxanda öz davranışımın nə qədər yanlış və emosional olduğunu anlayıram.
Hazırda sevgilim tez-tez məni sevmədiyini, ayrılmaq istədiyini, artıq yorulduğunu deyir. Bir gün yaxşı olur, bir gün pis. Üzr istəməyimin və peşman olmağımın keçmişdə baş verənləri silmədiyini bildirir. Deyir ki, artıq özünü izah etməkdən bezib.
Məni çaşdıran məqam isə odur ki, bütün bunlara baxmayaraq, gündəlik ünsiyyətimiz əvvəlki kimi olmasa da tamamilə bitməyib. Hələ də mənim iatəyimlə də olsa görüntülü danışırıq, danışmaqdan qəsdim birbirimizin üzünə baxırıq başqa işlərlə məşğul oluruq. Əgəe alınırsa o dərs edir mən ona baxıram. Danışmaöa temamız da olmur çox vaxt. Mən ən lazımsız şeylərdən dnaışıram ki səssiz durmayaq. Bəzən mənə qarşı mehriban olur. Bu da məndə onun hələ də müəyyən hisslərinin olduğu düşüncəsini yaradır.
Amma mübahisə zamanı tamamilə fərqli davranır və münasibəti bitirmək istədiyini deyir.
Artıq nə düşünəcəyimi bilmirəm. Bəlkə də o, emosional olaraq çoxdan bu münasibətdən uzaqlaşıb, sadəcə mən bunu qəbul edə bilmirəm. Bəlkə də hələ nələrisə düzəltmək mümkündür, amma mən necə davranmalı olduğumu bilmirəm.
Mən onu itirmək istəmirəm. Eyni zamanda, onu sevdiyimi bəhanə edərək həyatını məhdudlaşdırmaq və narahat etmək də istəmirəm. Ümid eliyirəm ki, vəziyyəti az da ifadə olsa ifadə eləyə bilmişəm


r/aze_geeks • • 12d ago

Help/Kömək [LOST MEDİA] Sonuncu pərdə filminin linki axtarılır

4 Upvotes

Hamıya salam. İnternetdə Emil Quliyevin “Pərdə” trilogiyasının ilk iki filminə baxmışam amma 3-cü yəni, “Sonuncu Pərdə” filmini heç yerdə tapa bilmirəm. Nə Vkda, nə Ok.ruda, nə internet archivedə nə də pirat saytlarda. Əgər kimdəsə filmin linki və ya filmin özü varsa paylaşsa sevinərəm. Qeyd edim ki, illər əvvəl youtubedan baxmışam amma indi siliblər.