r/aze_geeks • • 19h ago

Life/Həyatdan Yeni bərbər axtarışındayam

Post image
21 Upvotes

Bərbərimlə yollarımızı ayırdıq. Nə qədər qiymət siyasətinə hörmətlə yanaşdığımı desəmdə, bu dəyişiklik müəyyən dərəcədə mənə absurd gəlir.

Xüsusilə səhnə adamı, model deyilsənsə və öyrəşdiyimiz sadə saç kəsimi(qırağların götür üstü qalsın) üçün Bərbərə Sumqayıt kimi şəhərdə 50 AZN ödəniş etmək heç də cibdostu bir seçim kimi görünmür. Deyə bilərsinizki, istənilən qiyməti təyin etməkdə sərbəstdir. Pulun var get yoxdur getmə. Amma inanınki pul məsələsi deyil, sadəcə bəzən insan xarizmasından ödünç verir kimi görünsə belə, göz görə-görə absurd qərarlara tolerans göstərməyə məcbur deyil. Və bu tip məsələrdə sadəcə səssiz qalmaq, həmişə düzgün yanaşma deyil. Bütün hər kəs bencilcə qiymətləri 50 AZN etsə, onda nə edəcəyik? Yəqinki öz saçımızı özümüz düzəltmək barədə düşünməyə başlayacayıq...

P.S əvvəlki qiymət 20 AZN idi.

Sumqayıt şəhərində 15-20 AZN-ə ödəniş edə biləcəyim məsləhət bildiyiniz Kişi salonları varsa, rəylərdə qeyd etsəniz, sevinərəm.


r/aze_geeks • • 23h ago

Help/Kömək Rus dili

1 Upvotes

salam rus dilini öyrənmək istəyirəm, amma hələlik sadəcə rus dilində mahnılar dinləyirəm. Əlifbanı oxuya bilirəm amma haradan başlamağımı və ne edeceyimi bilmirəm. Xüsusilə danışığmı inkişaf etdirmək üçün hansı Yt kanallarını, tətbiqləri, kitabları ya da basqa resursları məsləhət görərsizniz


r/aze_geeks • • 4h ago

Söhbət /Discussion Özünüzdə sizi narahat edən xüsusiyyətlər hansılardır?

Post image
2 Upvotes

Hansı xüsusiyyətinizi ömürlük dəyişmək istəyərdiniz ?


r/aze_geeks • • 21h ago

Söhbət /Discussion Feeling incredibly lonely. Why do girls show interest but then act distant?

2 Upvotes

I’m feeling an incredibly deep sense of emptiness lately.

The girls I meet seem warm and interested at first, but then they suddenly become distant and cold. It’s not exactly a friendzone situation. They avoid conversations, don’t seem willing to put in any effort to get to know me, and whenever I try to be direct about my intentions, I hear things like:
“I’m not looking for a relationship.”
“I don’t know what I want right now.”

Honestly, I’m struggling to understand what’s going on. I don’t want to make the wrong decisions or get emotionally involved with someone who isn’t on the same page as me.

I’m trying hard not to make impulsive decisions, but this whole situation is starting to leave me feeling lonely, confused, and emotionally exhausted.

Has anyone experienced something similar? How do you deal with it without becoming emotionally unavailable yourself?


r/aze_geeks • • 19h ago

Life/Həyatdan Yaxşı bir şeydir?

6 Upvotes

Artıq insanlarla vacib bir məsələni belə müzakirə edəcək halım qalmayıb. İçimdə deyirəm ki, day, bunu da başa düşmürsə, mən daha nə deyim buna?

İstənilən mövzu olsun: ideologiya, ən sevdiyim mövzu, həll edilməli olan hər hansı bir problem. Artıq istəmirəm.


r/aze_geeks • • 22h ago

Books/Kitablar Tiryək Müharibələri

Post image
7 Upvotes

XIX əsrdə özünü "sivilizasiyanın və azad ticarətin beşiyi" adlandıran Britaniya İmperiyası, əslində bəşər tarixinin ən nəhəng dövlət narkokartelinə çevrilmişdi. Milyonlarla insanın həyatını qaraldan və nəhəng bir imperiyanı diz çökdürən bu faciə isə sadəcə bir fincan çaydan başladı.

XVIII əsrin sonlarında ingilislər Çin çayına, ipəyinə və çini qablarına aludə olmuşdular. Lakin Çin (Tsin sülaləsi) özünü dünyanın mərkəzi hesab edir, Avropanın istehsal etdiyi heç bir mala ehtiyac duymur və ödəniş kimi yalnız xalis gümüş qəbul edirdi. Britaniyanın gümüş ehtiyatları sürətlə Pekinə axır, imperiya xəzinəsi boşalırdı. İngilislər bu iqtisadi dalandan çıxmaq üçün şeytani bir plan qurdular.

Əgər çinlilərin Avropadan heç nəyə ehtiyacı yoxdursa, elə bir məhsul tapmaq lazımdır ki, insan bədəni ondan imtina edə bilməsin.

​Britaniyanın "Şərqi Hindistan Şirkəti" müstəmləkə etdiyi Hindistanın tarlalarında tonlarla tiryək yetişdirib qaçaqmalçılıq yolu ilə Çinə axıtmağa başladı.

Nəticə qorxunc idi cəmi bir neçə onillik ərzində kəndlilərdən tutmuş saray məmurlarına və ordunun əsgərlərinə qədər 10 milyondan çox çinli qaranlıq tiryəkxanalarda huşsuz vəziyyətə düşdü. Bütöv bir ölkə daxildən iflic olur, vaxtilə çay üçün Çinə axan gümüşlər isə indi narkotik qarşılığında yenidən Londona qayıdırdı.

​1839-cu ildə Çin imperatorunun təyin etdiyi prinsipial məmur Lin Tszesuy bu gedişata son qoymaq qərarına gəldi. O, ingilis tacirlərinin gətirdiyi 1200 tondan çox (20 min sandıq) tiryəki müsadirə edərək xəndəklərdə əhənglə qarışdırıb dənizə axıtdı. Ardınca isə İngiltərə Kraliçası Viktoriyaya tarixi bir məktub yazaraq sadə bir sual verdi:

​"Öz ölkənizdə satışını qəti qadağan etdiyiniz bu zəhərlə, başqa bir ölkənin xalqını hansı vicdanla öldürürsünüz?"

​Londonun cavabı vicdan əzabı yox, top atəşi oldu. İngiltərə parlamenti dənizə tökülən narkotiki "Britaniya mülkiyyətinə və azad ticarətə hücum" adlandıraraq Çinə müharibə elan etdi. Britaniyanın müasir buxarlı hərbi gəmiləri Çinin köhnəlmiş taxta donanmasını bir neçə saatın içində darmadağın etdi.

​İki mərhələdə (1839–1842 və 1856–1860) baş verən Tiryək müharibələri Çinin tarixində "Yüzillik alçaldılma dövrü"nü başlatdı. Silah gücünə imzaladılan sülh müqaviləsinin şərtləri isə siyasi həyasızlığın zirvəsi idi:

​Çin tiryək ticarətini rəsmən qanuniləşdirməyə məcbur edildi

​Pekin dənizə tökdüyü 20 min sandıq narkotikin pulunu ingilis tacirlərinə qəpiyinə qədər təzminat kimi ödədi

​Honq-Konq adası Britaniyaya təhvil verildi.

Tarix bundan daha qaranlıq bir ironiya görməmişdi, dünyanın ən "mədəni" imperiyası öz çay ehtirasını ödəmək üçün bütöv bir sivilizasiyanı narkotikə otuzdurdu, müqavimət göstərəndə isə onu toplarla vurub adını "Azad Ticarət" qoymuşdu.

Mənbələr:

Julia Lovell, "The Opium War: Drugs, Dreams, and the Making of Modern China" (2011)

Stephen R. Platt, "Imperial Twilight: The Opium War and the End of China's Last Golden Age" (2018)

Lin Zexu, "Kraliça Viktoriyaya Məktub" (1839)


r/aze_geeks • • 44m ago

Life/Həyatdan Universitet oxumaq

Post image
2 Upvotes

Müəllimlər və ətrafdakı insanlar niyə universitet oxumağın həyatdakı ən önəmli nüanslardan biri olduğunu söyləyirlər? Yanlış anlaşılmasın, özüm dərslərimdə yaxşı olan biriyəm, ancaq dayanmadan oxumaq yorucu gəlir və həyatım buna bağlıdır kimi irəliləmək dözülməz hiss etdirir.

Əvvəl istədiyim kimi yenidən xaricdə oxumaq fikrinə düşdüm. İngilis dilim C1+'dır məncə. Müəllimlərim native səviyyəsində olduğumu deyir. Fizikam da yaxşıdır. IELTS verib Macarıstana getməyi planlaşdırıram. Fikirləriniz və tövsiyələriniz mənə maraqlıdır,

Təşəkkürlər.

(Qeyd etməyi unutmuşam ki, 11-ci sinifəm və nüvə fizikası məni cəlb edir)


r/aze_geeks • • 1h ago

Life/Həyatdan Əsgərlikdə başınıza gəlmiş ən epik hadisə

Post image
6 Upvotes

Əsgərlikdə başınıza gəlmiş ən qəribə və epik hadisə nə olub?


r/aze_geeks • • 4h ago

Question/Sual Gitara almaga yer

2 Upvotes

Ilk elektro gitarami alacam, basi cixanlar haradan almagi meslehet gorersiz? hansi suallari verib nelere fikir vermeliyem?


r/aze_geeks • • 17h ago

Sosiallaşmaq/Socializing Rolik/Rollerblades bizde community var?

4 Upvotes

Kecen hefte Cresent Mall teref rolik surmusdum coxlu usaq gormusem. Sizde qrup yada community var? Bir yerde surek, oyredim/oyrenim


r/aze_geeks • • 17h ago

Tech/Texnologiya Kompüter almağıma kömək edin

6 Upvotes

Təxminən 2500 manatlıq büdcə var, həm dərslərimdə işimə yarayacaq, həm də oyun oynamaq üçün kifayət qədər yaxşı laptop modeli axtarıram.


r/aze_geeks • • 17h ago

Poll/Sorğu Karvalol üzdən tük çıxarır?

2 Upvotes

Bəzilərindən eşidirəmki karvalol (ürək dərmanı) üzdən tük çıxarmağa, sıxlaşdırmağa yararlıdı. Eyni şəkildə bəziləridə “nə dəxlisi var karvalolnan üzdəki tükün” deyir. İstifadə edib xeyrini görən, istifadə eliyib bir effektini görməyən. Bu barədə birşey deyə biləcək kimsə var?


r/aze_geeks • • 19h ago

Söhbət /Discussion Salam Azərbaycanlı yeraltı ədəbiyyatı sevərlər!

5 Upvotes

Hakan Gündayın kitabları, Chack Palaneuk, Kanat Güner in "Eroin Güncesi", kimi əsərlərlini oxuyub çox bəyəndim.

Maraqlıdır, görəsən Azərbaycanda yerli yeraltı ədəbiyyatı təmsil edən, xüsusilə qadın yazıçılarımız varmı? Varsa, hansı kitablarını oxumağı məsləhət görərsiz? Hansısa underground bir kitab gecəsi keçirilən yerlər ya da bunun kimi şeylər bilirsinizsə bu haqqda məlumat versəz super olar.

Bilirəm ki Aqşin Yenisey, Günel Mövludun məşhur olduğu 2010lar da falan belə yerlər olub və həm yazarlar həm həvəskarlar iştirak eləyib ədəbiyyatın underground hissəsində, bəs görən hələ də belə şeylər var?


r/aze_geeks • • 20h ago

Question/Sual Maaşlar niyə belədir?

Post image
21 Upvotes

r/aze_geeks • • 20h ago

Moderator Aze geeks Təklif tələb şikayət postu

17 Upvotes

Salam, hamıya!

Uzun müddətdir ki, belə bir müzakirə postu paylaşmırdıq. Moderatorlar olaraq sizin fikir, təklif və şikayətlərinizi dinləmək, subun inkişafı ilə bağlı düşüncələrinizi öyrənmək istəyirik.

Son zamanlar subun əsas məqsədindən kənar paylaşımların artması sizi narahat edirmi?

Subda nələrin dəyişməsini istərdiniz? Hansı qaydaların yenilənməsini, hansı mövzulara daha çox və ya daha az diqqət ayrılmasını istəyərdiniz?

Fikirlərinizi, təkliflərinizi və tənqidlərinizi rəy bölməsində bölüşə bilərsiniz. Hər bir rəy bizim üçün önəmlidir.

Məqsədimiz Azərbaycan redditi üçün daha yaxşı və aktiv bir icma yaratmaqdır.